19–21 dekabr 2025-ci il tarixlərində Türkiyə Respublikasının Bitlis şəhərinin Tatvan rayonunda kikboksinq üzrə beynəlxalq turnir keçirilmişdir.
Azərbaycan, Türkiyə və İran Respublikası idmançılarının iştirak etdiyi beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasını 2 nəfər məşqçi müəllimin rəhbərliyi altında 27 nəfər idmançı təmsil edərək müxtəlif çəki dərəcələri üzrə mükafatlara layiq görülmüşlər.
Turnir çərçivəsində kəmər döyüşləri üzrə
– Həsənli Polad (48 kq)
– Məmmədli Zenfira (55 kq)
–Alməmmədov Ravil (71 kq)
I yerə layiq görülərək döyüşlərin qalibi olmuşlar.
Kubok döyüşü üzrə 51 kq çəki dərəcəsində Dadaşov Asim qalib adını qazanmışdır.
Kəmər döyüşləri üzrə
– Məmmədzadə Ziya (68 kq),
– Mehdizadə Hüseyn (60 kq),
– Əliyev Fərdi (51 kq),
– Rüstəmli Afiq (50 kq),
– Heydərov Əsgər (67 kq),
– Hüseynov Əli (105 kq),
– Nağılı Mərdan (65 kq),
– Müslümov Oruc (42 kq)
II yerin sahibi olmuşlar.
Turnirin digər qarşılaşmaları üzrə
– Cavadlı Oğuz (37 kq),
– Kəngərli Qurban (42 kq),
– Şükürlü İlham (45 kq),
– Həziyev Turan (60 kq),
– Xəlilli Ayhan (52 kq),
– Cəfərzadə Rafiq (32 kq),
– Hüseynli Tural (28 kq),
– Seyidova Nuray (42 kq),
– Rzazadə Nurlan (33 kq)
I yerə layiq görülmüşlər.
– Qəribov Ləvənd Bulud (26 kq),
– Vəliyev Əli (47 kq),
– Qafarov Yusif (45 kq),
– Məmmədov Əmir (52 kq),
– Oruczadə Ayxan (58 kq),
– Hüseynli Tunar (41 kq)
II yerin sahibi olmuşlar.